“Köycəğizdəki yanğın da nəzarət altına alınıb” – General-leytenant Etibar Mirzəyev + Video

“Köycəğizdəki yanğın da nəzarət altına alınıb” – General-leytenant Etibar Mirzəyev + Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır. Artıq Köycəğizdəki yanğın da demək olar ki, nəzarət altına alınıb. Sabah yəqin ki, şad xəbərlər eşidəcəyik”.

7Times.az  APA-ya istinadən xəbər verir ki,  bu sözləri Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada keçirilən “Böhran Mərkəzi”inin xüsusi iclasında deyib.

Nazir müavini bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar: “Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocaqlarının soyudulması işləri görüblər.

Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orada 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının söndürülməsində bir az gecikmə olsaydı bunun qarşısını almaq çox çətin olacaqdı”.

E. Mirzəyev qeyd edib ki, Türkiyənin bütün şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub: 

“Bu bizim üçün həmçinində bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı”.

Qeyd edək ki, tədbirdə Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu, Nəqliyyat və Texnologiya naziri Adil Karaismailoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum və Kənd Təsərrüfatı, Meşəçilik naziri Bekir Pakdemirli və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev iştirak edib.