İngiltərə kraliçası II Elizabetin ölümündən sonra taxta çıxan Kral III Çarlz ötən gün Uelsə səfər edib.
İngiltərənin yeni monarxı kimi Uelsin paytaxtı Kardiffə ilk ziyarəti zamanı kral vətəndaşlardan birinin etirazı ilə üzləşib.
“Evlərimizi qızdırmaq üçün mübarizə apardığımız bir vaxtda sizin keçid mərasiminizi ödəmək məcburiyyətindəyik. Vergi ödəyicisi sizin üçün 100 milyon funt ödəyir, bəs nəyə görə?”, – deyə vətəndaş enerji qiymətlərinin artmasına etiraz edib.
Kral III Çarlz hadisədən sonra olduğu yerdən uzaqlaşmağa başlayıb. Kralın yaxın mühafizəsi sürətlə müdaxilə edib və vətəndaşın önünü kəsib.