Manşet

Kraliçanı öldürməklə hədələyən şəxs özünü təqsirli bilib

Kraliçanı öldürməklə hədələyən şəxs özünü təqsirli bilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə mərhum Kraliça II Yelizavetanı öldürməklə hədələyən britaniyalı günahını etiraf edib.

7Times.az xəbər verir ki, 21 yaşlı Casvant Çayl adlı gənc Londonun Old Beyli məhkəməsində keçirilən dinləmədə dövlətə xəyanət və hücum silahına sahib olmaq da daxil olmaqla üç ittiham üzrə təqsirli bilinib.

Polisin mediaya açıqlamasına görə, iki məmur Çaylı 2021-ci ilin dekabrın 25-də səhər saatlarında Kraliçanın qaldığı Windsor qalası ərazisində qara paltar və metal maskada görüb.

Məhkəməyə psixiatriya xəstəxanasından videobağlantı vasitəsi ilə qoşulan Çayl həmin gün qundaqlı ox daşıdığını etiraf edib.

Məlumata görə, Çayl həbs olunmazdan əvvəl polis mühafizə zabitinə “Mən kraliçanı öldürmək üçün buradayam” ,- deyə bildirib.

O həmçinin təxminən 20 nəfərə Kraliçaya sui-qəsd cəhdi edəcəyini iddia edən video göndərib.

Böyükşəhər Polisinin bəyanatına görə, Çayl 2 avqust 2022-ci ildə cinayətlərdə ittiham edilib və bu ilin martın 31-də Old Beylidə hökm oxunacaq