Kraliçanın bilərzikləri 8,2 milyon dollara satıldı

Kraliçanın bilərzikləri 8,2 milyon dollara satıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın sonuncu kraliçası Mariya Antuanettaya (1755-1793) məxsus iki almaz bilərzik 7,459 milyon İsveçrə frankına (təxminən 8,2 milyon dollar) hərracda satılıb.

“7times” xəbər verir ki, bu barədə “Christies” hərrac evi məlumat yayıb.

Zinət əşyaları hərracda 2 milyondan 4 milyon frank arasında qiymətləndirilib.

Qeyd edək ki, kraliça qolbaqları 1776-cı ildə Parisdə zərgər Çarles Auquste Boemerdən 250 min livrə (1795-ci ilə qədər Fransanın pul vahidi) sifariş etmişdi. Bu, o zaman üçün çox böyük məbləğ idi.//qafqazinfo