Sentyabrın 4-də Bakıda Mövsüm Sənani 29 ünvanında kranın aşması nəticəsində 1 nəfər dünyasını dəyişib.
7Times.az-a açıqlama verən “Kran Group MMC”-nin rəhbəri Ceyhun Nağıyev bildirib ki, hadisə kranın texniki hissəsinin nasazlığı səbəbindən baş verib. Bu barədə FHN-nin ilkin rəyi də var.
“Kranın şlanq hissəsi partlayıb və ağırlıq tarazlığı pozulub. Hadisənin baş vermə səbəbi budur. Çox nadir hallarda baş verə biləcək texniki problemdir. Hadisə nəticəsində dünyasını dəyişən Elvin Cəfərov mənim yaxın dostum idi. O, ölkənin ən bacarıqlı və təcrübəli kran operatorlarından biri idi. Çox üzgünük. Hadisə nəticəsində 3 mənzilə və 6 avtomobilə ziyan deyib. Hazırda tərəfimizdən həmin mənzillərin və avtomobillərin təmir edilməsi prosesi gedir.”
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
7times.az
Cəlal Fərzəliyev
Follow @7timesaz