Krasnodar diyarında Primorsko-Axtarsk yaxınlığındakı hərbi aerodromda partlayış baş verib.
7Times.az xəbər verir ki, bu barədə yerli saytlar və “Teleqram” kanalları məlumat yayıb.
“Baza”nın məlumatına görə, partlayış aerodromdan 200 metr aralıda baş verib və nəticədə 10 metr diametrli bir çuxur yaranıb. “Bu, heç şübhəsiz dron deyil, çünki çalanın ölçüsü çox böyükdür”, – yerli media yazır.
İlkin məlumatlara görə, aerodrom ərazisindəki yanacaq-sürtkü materiallarının saxlanıldığı anbara hücum cəhdi olub. Hava hücumundan müdafiə sistemi atılan raketi vura bilib.
Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev ölən və yaralananların olmadığını, yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəymədiyini bildirib.
Ukrayna tərəfi Primorsko-Axtarskı aredromunu “Şahed” pilotsuz təyyarələrinin buraxıldığı əsas yer adlandırır.
Follow @7timesaz