Dünya

“Kreml Bakı və İrəvanı təmkinli olmağa çağırır” – Peskov

“Kreml Bakı və İrəvanı təmkinli olmağa çağırır” – Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi funksiyasını yerinə yetirir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfləri təmkinli olmağa çağırır, eləcə də Bakı və İrəvanla əlaqə saxlamaqda davam edəcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri bölmələrinin mayın 11-də qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlunun şəhid olduğu barədə məlumat yayıb.