Dünya

Kreml Putini hələ də koronavirusdan qoruyur

Kreml Putini hələ də koronavirusdan qoruyurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin ətrafında koronavirus infeksiyası ilə bağlı təhlükəsizlik tədbirləri davam etdirilir.

7Times.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, ümumilikdə Kremldə və Prezident Administrasiyasının yerləşdiyi Staraya meydanında maska ​​rejimi davam edir.

“Hələlik bizim dövlət başçısına qarşı xüsusi ehtiyat tədbirlərimiz davam edir. Məsələn, Kremldə və Staraya meydanında maska ​​rejimi hələ də qüvvədədir”,- Peskov deyib.