Dünya

Kremldən Şoltsun açıqlamasına REAKSİYA: Bu, həqiqətə söykənmir

Kremldən Şoltsun açıqlamasına REAKSİYA: Bu, həqiqətə söykənmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə ABŞ-da sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması ilə bağlı diqqətçəkən açıqlama verib.

7Times.az xəbər verir ki, Peskov qəzada Rusiya vətəndaşlarının da həlak olduğunu bildirib.

O, məsələ ilə bağlı Vaşinqton administrasiyası ilə yüksək səviyyəli təmasların planlaşdırılmadığını qeyd edib: “Vaşinqtondan pis xəbərlər alırıq. Ölən vətəndaşlarımızın yaxınlarına başsağlığı veririk”.

Peskov Almaniya kansleri Olaf Şoltsun “ABŞ İkinci Dünya müharibəsində Almaniyanı xilas etdi və onun demokratik olmasına kömək etdi” ifadəsini də şərh edib. O, bunun həqiqətə söykənmədiyini vurğulayıb:

“Bu, tarixi həqiqəti silmək, Avropa qitəsinin azad edilməsi prosesində ən ağır bədəli ödəmiş ölkəni unutdurmaq üçün bir yanaşmadır. Bu azadlığın əsas yükünü müttəfiqləri İngiltərə və ABŞ-ın köməyi ilə SSRİ öz üzərinə götürdü”.