Dekabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin işğal altındakı Krım yarımadasının Feodosiya limanına endirdiyi uğurlu zərbələr nəticəsində təkcə “Novoçerkassk” gəmisi məhv edilməyib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, “Novoçerkassk”-la birgə limanda lövbər salan Rusiya Qara Dəniz Hərbi Donanmasına aid T-43 sinifli “UTS-150” təlim gəmisi də batıb.“Azadlıq radiosu”nun jurnalisti Mark Krutov dekabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin yerli limana raket hücumundan sonra “Planet Labs” tərəfindən çəkilmiş Krımdakı Feodosiya şəhərinin peyk şəkillərini dərc edib. Həmin şəkillərdən limanda məhv edilən “Novoçerkassk”-la yanaşı digər bir gəminin də batdığı görünür.
Follow @7timesaz