Dünya

Krımda Rusiyanın Qara dəniz Donanmasının aviabazasında yanğın olub

Krımda Rusiyanın Qara dəniz Donanmasının aviabazasında yanğın olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmir yolu stansiyası yaxınlığında yanğın olub.

“Report” xəbər verir ki, bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) neft bazasına və aerodroma zərbələr endirib. Nəticədə yanğın olub.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir.