Aktual

Krımdakı partlayışlar Putin üçün “Moskva” kreyserinin batmasından daha boyük zərbə olub…

Krımdakı partlayışlar Putin üçün “Moskva” kreyserinin batmasından daha boyük zərbə olub…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Saki aviasiya mərkəzindən rus ordusu Ukrayna şəhərlərinə aviasiya hücumları və bombardmanlar həyata keçirir…”

“Partlayışlar nəticəsində ən azı beş bombardmançı və üç qırıcı təyyarə məhv edilib, yaxud ciddi zədələnib…”
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin Krımda Saki hava limanının itirilməsinə ağrılı reaksiya verib.
Moderator.az xəbər verir ki, bu barədə Sevastopolun “Forpost” nəşri bir neçə məlumatlı mənbəyə istinadən məlumat verib.
Məlumatda deyilir ki, prezidentin şəxsi fərmanı ilə Qara dəniz donanmasının komandanı admiral İqor Osipov vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə həm də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko məlumat verib.
“Bu gün komandan, yaramaz İqor Osipovun vəzifədən azad edilməsi barədə məlum olub”, – Qeraşşenko “Telegram-kanal”da yazıb və əlavə edib ki, onu başqa bir yaramaz Viktor Sokolov əvəz edəcək.
Müşavirin sözlərinə görə, “Sakada hərbi hava limanında baş verən partlayış Putin üçün “Moskva” kreyserinin batmasından daha böyük zərbə olub.
Qara dəniz donanmasının rəhbərliyində kadr dəyişiklikləri barədə rəsmi məlumat hələlik yoxdur.
Admiral İqor Osipov 2019-cu ildən Qara dəniz donanmasının komandanı vəzifəsindədir.
İyulun sonunda o, “Rusiya Federasiyasının Azov dənizində hökmranlığı və Qara dənizin şimal-qərb hissəsinə nəzarəti” barədə bəyan edib.
Krımın Novofyodorovka qəsəbəsi yaxınlığında yerləşən Saki hərbi hava limanında avqustun 9-da partlayışlar baş verib.
2014-cü ilədək bu, Ukrayna Hərbi-Dəniz Qüvvələrinin bazası olub.
Hazırda orada Rusiyanın 43-cü qırıcı aviasiya alayının uçuş-enmə zolağı yerləşir, tərkibində, əsasən, Su-30CM , Su-33 qırıcıları və Su-24M bombardmançı təyyarələri var.
Buradan rus ordusu Ukrayna şəhərlərinə aviasiya hücumları və bombardmanlar həyata keçirir.
Turistlər və yerli sakinlər arasında təlaş yaradan partlayışların səbəbi indiyədək məlum deyil.
Rusiya iddia edir ki, hava limanında təhlükəsizlik texnikası qaydalarının pozulması səbəbindən hava limanındakı döyüş sursatlarının detonasiyası baş verib.
Rəsmi Ukrayna hadisədə əli olduğunu təsdiqləmir, lakin bunu təkzib də etmir.
Amerikanın iki qəzeti- “New York Times” və “Washington Post” Ukrayna hökumətinin anonim mənbələrinə istinsdən yazır ki, partlayışlar Ukraynanın hansısa bölmələri tərəfindən törədilib.
Britaniya kəşfiyyatı bugünkü məlumatında qeyd edib ki, müəyyən əminliklə demək olar ki, partlayışlar nəticəsində ən azı beş Su-24M bombardmançı təyyarə və üç çoxhədəfli Su-30CM qırıcıları məhv edilib və ya ciddi zədələnib.
Saki aviasiya bazasının mərkəzi yerləşmə zonası ciddi zədələnib, lakin uçuş sahəsi, böyük ehtimalla, fəaliyyət göstərməkdə davam edir.
Məlumatda deyilir: “Rusiyanın bu müharibədə malik olduğu hərbi aviasiya vahidinin ümumi miqdarının fonunda səkkiz döyüş təyyarələrinin itkisi əhəmiyyətli deyil. Lakin Saki, əsasən, Rusiya Hərbi-Dəniz Donanmasının Qara dəniz donanması aviasiyası üçün baza kimi istifadə edilib, hazırda onun imkanları xeyli azalıb.
Baş vermiş hadisə, ehtimal ki, Rusiya komandanlığını yarımadanın məruz qaldığı risklərə və təhdidlərə yenidən baxmağa vadar edəcək.
Krım indiyədək, böyük ehtimalla, təhlükəsiz arxa cəbhə hesab edilib.