Dünya

Krımın qızıl əşyaları Ukraynaya veriləcək – Niderland Ali Məhkəməsi qərar verdi

Krımın qızıl əşyaları Ukraynaya veriləcək – Niderland Ali Məhkəməsi qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Ali Məhkəməsi Krım muzeylərinə məxsus skif qızıl əşyaları kolleksiyasının Kiyevə verilməsinə dair qərarı təsdiq edib.

Niderlandın Hogeraad qəzeti yazır ki, beləliklə də “skiflərin qızılı” ətrafında 2014-cü ildən bəri davam edən mübahisələrə son qoyulub.

Bu məhkəmə qərarından sonra Amsterdamdakı Allard Pirson muzeyində saxlanan qiymətli qədim eksponatlar Rusiya tərəfindən ilhaq edilmiş Krımın muzeylərinə deyil, Ukrayna dövlətinə veriləcək.

Bu qızıl əşyalar 2014-cü ilin fevralından avqustunadək “Krım – Qara dənizin qızılı və sirləri” adlı sərgidə nümayiş etdirilmişdi.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qızıl əşyaların qaytarılmasını tələb edirdi. Ukrayna bu tələbi məhkəmə qaydasında mübahisələndirmişdi. Muzey ənənələrinə görə eksponatlar bir qayda olaraq onların daim nümayiş etdirildikləri muzeylərə qaytarılır.

Lakin Ukrayna Mədəniyyət Nazirliyi bu eksponatların Krım muzeylərindən alınıb Ukrayna Tarix Muzeyinə verilməsinə dair qiyabi qərar çıxarmışdı. 2016-cı ildə Amsterdam dairə məhkəməsi ilhaqa qədər Krım muzeylərində saxlanmış qızıl əşyaların Ukraynaya məxsus olmasına dair qərar çıxarmışdı. Krım muzeylərinin bu iş üzrə şikayətinə baxılması 5 ildən çox davam etmişdi.

2021-ci ilin oktyabrında Amsterdam Apelyasiya Məhkəməsi 2016-cı il məhkəmə qərarını təsdiq etmiş və qərarı son hökm üçün Ali Məhkəməyə göndərmişdi. İlhaq edilmiş Krımın Moskva tərəfindən təyin edilmiş “qubernatoru” Sergey Aksyonov Niderland məhkəməsinin qərarını “reyder qarəti” adlandırmışdı.

Ukrayna prezidenti Volodimir Zelenski isə bu qərardan məmnunluğunu ifadə etmişdi: “Biz həmişə bizə məxsus olanı geri alırıq. Skiflərin qızıllarını geri aldıq, Krımı da geri alacağıq!”