Cənubi Afrikada “Miss Bolqarıstan 2007” qalibi Qerqana Koçanova başından güllələnib.
7Times.az axşam.az-a istinadən bildirir ki, 38 yaşlı modellə yanaşı, kriminal avtoritet həyat yoldaşı Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və Qerqananın qulluqçusu da qətlə yetirilib.
Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.
Follow @7timesaz