Portuqaliya millisinin və “Əl-Nəsr” futbol klubunun kapitanı Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanında muzeyi açılıb.
Axşam.az xəbər verir ki, Ər-Riyadda yaradılan muzeydə Ronaldonun mum fiquru da var.
Məkanda 38 yaşlı hücumçunun futbol karyerasındakı ən əlamətdar anları nümayiş etdirilir.
İdmançı özü də artıq muzeyə baş çəkib.
Qeyd edək ki, Ronaldo bu ilin əvvəlindən “Əl-Nəsr” klubuna keçib. Onun adı ilə bağlı ilk muzey 2013-cü ildə Portuqaliyada açılıb.