Dünya

“KTMT gözləntilərimizi doğrultmadı” – Ermənistan parlamentinin sədri

“KTMT gözləntilərimizi doğrultmadı” – Ermənistan parlamentinin sədribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmadı”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, – Alen Simonyan qeyd edib.

Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında isə o, bildirib ki, belə bəyanat verməyiblər:

“Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib.