“Mən bunu demişəm və bir daha təkrar edirəm ki, hər hansı bir ölkənin Rusiyanın təcavüzündə şərik olması və vətəndaşlarımızın öldürülməsindən söhbət gedirsə, biz buna cavab olaraq həqiqətən qəddar olacağıq”.
7Times.az CNN-ə istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
O əlavə edib: “Çünki bu, Vətənimizi və vətəndaşlarımızı qorumaq deməkdir”.
D. Kuleba İranı Rusiyaya hərbi dəstək verməkdə ittihamlayıb:
“İran üçün daha ağıllı qərar hərbi əməkdaşlığını tamamilə kəsmək və Rusiyaya Ukraynaya qarşı istifadə olunacaq heç bir silah verməməkdir”.
Follow @7timesaz