Hadisə

Külli miqdarda narkotik vasitəni həyətində olan taxıl anbarında gizlədən Ucar rayon sakini saxlanılıb

Külli miqdarda narkotik vasitəni həyətində olan taxıl anbarında gizlədən Ucar rayon sakini saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli miqdarda narko­tik vasitəni həyətin­də olan taxıl anbar­ında gizlədən Ucar rayon sakini saxlanıl­ıb.

Ucar Rayon Polis Şö­bəsinin əməkdaşların­ın keçirdikləri əməl­iyyat tədbirləri nət­icəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən ray­onun Yuxarı Çiyni kə­nd sakini Anar Əliyev saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşad­ığı ünvana keçirilən baxış zamanı həyəty­anı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən ya­rdımçı tikilidən kül­li miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlə­rinin altında gizlə­dilmiş və​ təmiz çə­kisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusu­nda və 17 ədəd kağız bükümdə qablaşdırı­lmış marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı A.Əliyev həmin marixu­ananı ötən ilin may ayında həyətyanı sah­əsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildi­rib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfind­ən eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri za­manı əvvəllər də nar­kotiklərə görə məhkum olunmuş rayon saki­ni Məmməd Abdullayev də saxlanılıb. Həm­in şəxsin üzərinə ke­çirilən baxış zamanı isə ondan iki kibr­it qutusunda qablaşd­ırılmış marixuana aş­karlanaraq götürülüb.

Hər iki faktla bağlı Ucar RPŞ-nin İstin­taq Bölməsində cinay­ət işi açılıb, saxl­anılan şəxslər barəs­ində həbs qətimkan tədbiri seçilib. Araş­dırmalar davam etdi­rilir.

7Times.az