Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) iki nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) 7times.az-a verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır.
İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Əlavə məlumat veriləcək.
Follow @7timesaz