Dünya

Kürdəmirdə SİLAHLI İNSİDENT: Aralarında mübahisə düşdü, sonra…

Kürdəmirdə SİLAHLI İNSİDENT: Aralarında mübahisə düşdü, sonra…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

7Times.az report-a istinadən xəbər verir ki, hadisə rayonun 69-cu məhəlləsində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu Sor-Sor kənd sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Cümşüd oğluna tapança ilə iki dəfə atəş açıb.

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və o, əməliyyat edilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.