Kursk vilayətində regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.
APA Rusiya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, buna səbəb hərbi əməliyyatlar təhlükəsinin artması ilə əlaqədar Donetsk və Luqansk Xalq Respublikalarından (DXR və LXR) gələn sakinlərin bölgəyə təxliyəsidir.
Bundan əvvəl fövqəladə vəziyyət Voronej və Rostov vilayətlərində tətbiq edilib.
Fevralın 18-də LPR və DXR rəhbərləri Leonid Paseçnik və Denis Puşilin hərbi əməliyyatlar təhlükəsinin artması ilə əlaqədar respublikaların sakinlərinin Rusiyaya, xüsusən də Rostov vilayətinə təxliyə edildiyini elan ediblər. Rusiya Prezidentinin tapşırığı ilə qaçqınların hər birinə 10 min rubl ödəniləcək.
Follow @7timesaz