Məlum olduğu kimi, Vladimir Putin Kazanda keçirilən BRİCS sammitində Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətində mühasirəyə alındığı barədə açıqlama verib.
7Times.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Putinin bu bəyanatını təkzib edib: “Təcavüzkar ölkə başçısının BRİCS sammitində Ukrayna qoşunlarının Kursk vilayətində mühasirəyə alınması ilə bağlı açıqlaması reallığa uyğun gəlmir, bu, real vəziyyəti əks etdirməyən açıq-aşkar dezinformasiyadır”.
General öz “telrqram” kanalında bildirib ki, Ukrayna qoşunları Kursk istiqamətində aktiv əməliyyatları davam etdirir və ardıcıl üçüncü aydır ki, düşmənin döyüş potensialını məhv edir.
Follow @7timesaz