Türkiyənin məşhur film və teatr aktyoru İsmayıl Köksal Engür 77 yaşında dünyasını dəyişib.
Sfera.az bildirir ki, bu barədə aktyor Cengiz Bozkurt sosial media hesabından paylaşım edib.
“Böyrək çatışmazlığı səbəbilə qardaşımız Köksal Engürü itirdik. Cənazəsi ilə bağlı sabah açıqlama verəcəyik. Başda ailəsi olmaqla bütün pərəstişkarlarına başsağlığı veririk”, deyə Bozkurt qeyd edib.
Xatırladaq ki, Köksal Engür “Leyla ile Məcnun” (Aksakallı Dede), “Dudaktan kalbe” (Saib Paşazade), Karanlıkta Koşanlar (Fikret) kimi bir çox məşhur serialda “Kurtlar Vadisi Gladio” (Notacı Paşa) filmində rol alıb.
Follow @7timesaz