İlk bölümü 20 il əvvəl yayımlanan əfsanəvi “Kurtlar Vadisi” serialı ilə bağlı hər detal pərəstişkarları tərəfindən hələ də böyük maraqla izlənilir.
Medianews.az xəbər verir ki, illər sonra serialın ən məşhur obrazlarından biri ilə bağlı detallar ortaya çıxıb.
Serialın ən məşhur adlarından olan Elif obrazı ilə bağlı ilk təklifin Özgü Namala getmədiyi ortaya çıxıb.
Məlum olub ki, serialda baş rollardan olan Özgü Namalın canlandırdığı Elif Eylül obrazı üçün ilk təklif başqasına edilib.
Türkiyəli tanınmış aparıcı Oylum Talu qatıldığı televiziya proqramında seriala aldığı təklifdən danışıb: “Normalda hansı seriallardan təklif aldığımı demirəm. Mənə Elif rolu üçün təklif gəlmişdi. Serialın prodüseri Osman Sınavla görüşə getdik. Jurnalist olacağımı deyərək təklifdən imtina etdim. Sonra çox peşman oldum”.