Maqazin

Kutsi boşanır

Kutsi boşanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktyor-müğənni Ahmet Kutsi Karadoğan ilə həyat yoldaşı Sibel Ülker boşanır.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl sosial media hesabında Kutsidən şiddət gördüyünü iddia edən Sibel ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Məsələyə iyulun 3-də İstanbul Anadolu 16-cı Ailə Məhkəməsində baxılacaq. Sibel 2 il yarımlıq evliliyini sonlandırmaq üçün məhkəməyə müraciət etdiyi sənəddə psixoloji zorakılıq da daxil olmaqla çox ciddi iddialar irəli sürüb.

Onun Kutsi olmayan vaxt evi tərk etdiyi bildirilib.

Qeyd edək ki, Kutsi 2008-2015-ci illərdə Sinem Bayraktutarla evli olub. O, daha sonra 7 illik sevgilisi Feyza Çıpa ilə ayrılaraq 2021-ci ildə Sibellə ailə həyatı qurub. Kutsi “Benim adım melek” serialının çəkilişləri zamanı Sibellə tanış olub. Sibel ekran işində rol alan uşaq aktyor Poyraz Arın anası olub. İkilinin arasında 10 yaş fərq var.

Kutsi hazırda yaxın zamanda yayımlanması planlaşdırılan “Üvey anne” serialında rol alır.