Hərbi

KXDR ABŞ-a cavab olaraq ballistik raket sınaqdan keçirib

KXDR ABŞ-a cavab olaraq ballistik raket sınaqdan keçiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Xvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

“Report”un məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Raketin 6 518,2 km maksimum uçuş hündürlüyündə 1 002,3 km məsafəni 4 415 saniyəyə qət etdiyi bildirilir.

“Raket dəqiqliklə nəzərdə tutulan akvatoriyaya dəydi”, – nəşr yazıb.

Şimali Koreya lideri Kim Çen In qeyd edib ki, “Xvason-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-ın “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.

Daha əvvəl KXDR-in Müdafiə Nazirliyi bildirib ki, məhz ABŞ Cənubi Koreya ilə təlimlər keçirməklə, həmçinin strateji silahları, o cümlədən bombardmançı təyyarələri və nüvə sualtı qayıqlarını bölgəyə köçürməklə regionda sabitliyi pozur.