İdman

“Latsio” serb futbolçunu bu qiymətə satır

“Latsio” serb futbolçunu bu qiymətə satırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç bu yay iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı “İl Messaggero” yayıb.

Xəbərə görə, “Yuventus” 28 yaşlı serb futbolçuya illik 6 milyon avro əməkhaqqı verməyə hazırdır.

Roma təmsilçisinin Sergey üçün qarşı tərəfdən azı 30 milyon avro istəyəcəyi vurğulanıb. Mənbə “Latsio”nun Serbiya millisinin üzvünü 40 milyona satmağı hədəflədiyini, lakin onun müqaviləsinin müddətinin gələn ilin yayında başa çatacağını nəzərə alaraq qiymət məsələsində güzəşt edəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Milinkoviç-Saviç son mövsümdə A Seriyasında 35 matça çıxaraq 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun xidmətində “Milan” da maraqlıdır.