Dünya

Latviya Belarusla sərhədyanı əməkdaşlığa dair sazişi ləğv edir

Latviya Belarusla sərhədyanı əməkdaşlığa dair sazişi ləğv edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya hakimiyyəti Belarusla iki dövlət arasında transsərhəd əməkdaşlığa dair müqaviləni ləğv etməyi planlaşdırır.

“Report” bu barədə “Delfi” agentliyinə istinadən xəbər verir.

Bu qərar Minsk tərəfindən Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verməsi ilə bağlıdır.

Qeyd edildiyi kimi, Riqa iki dövlət arasında 1998-ci ildən qüvvədə olan sazişi pozmağa hazırlaşır, sənədin əsas məqsədi Latviya və Belarusun yerli hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlığı inkişaf etdirməkdir. Latviya rəhbərliyinin nöqteyi-nəzərindən bu sazişdən imtina “aqressiyanın qarşısını almaq üçün əks tədbirlər”in tərkib hissəsi olacaq.

Sənəd hazırda 9 iyul 2023-cü il tarixinədək qüvvədədir. Latviyanın Təbii Sərvətlər Nazirliyi birtərəfli qaydada müqavilələrin müvəqqəti dayandırılmasını təklif edir.

Bundan əvvəl Latviya parlamenti Avropa İttıfaqı ölkələrini ruslara və belaruslara viza verilməsini dayandırmağa çağırıb.