Dünya

Latviya polisi daha Rusiya konsulluqlarını qorumayacaq

Latviya polisi daha Rusiya konsulluqlarını qorumayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya polisi bundan sonra Rusiya Federasiyasının Dauqavpils və Liepayadakı baş konsulluqlarının binalarını qorumayacaq.

“Report” xəbər verir ki, bu barədə yerli LSM portalı məlumat yayıb.

Məlumata görə, buna səbəb həmin diplomatik korpusların işçilərinin ölkədə arzuolunmaz şəxslər elan edilməsidir.

Baş konsulluqların işinə razılığın geri götürülməsi, bununla da Rusiyanın diplomatik korpuslarının bağlanması qərara alınıb.

Qərar Ukrayna ilə həmrəylik çərçivəsində qəbul edilib.

Daha əvvəl Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bildirib ki, ölkə hökuməti “Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərini nəzərə alaraq”, Dauqavpils və Liepajadakı baş konsulluqlarını bağlamaqla rəsmi Moskva ilə diplomatik münasibətləri azaldır.