Latviya-Rusiya sərhədində 1 250 yük avtomobili Rusiyaya girişi gözləyir. “Report” xəbər verir ki, bu barədə “BNS” agentliyi Latviyanın Dövlət Gəlirləri Xidmətinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, bazar günü səhər saatlarında təxminən 850 yük maşını Latviya-Rusiya sərhədindəki Terexovo sərhəd-keçid məntəqəsində növbəyə dayanıb.
Təxminən 400 yük maşını Rusiyaya daxil olmaq üçün Qrebnevo sərhəd keçidində gözləyir. Bu sərhəd-keçid məntəqələrində gözləmə müddəti altı gündür.
Bundan başqa, Latviya-Belarus sərhədində yük avtomobillərinin yığılması qeydə alınıb. Belə ki, Paternieki keçid məntəqəsində 150, Silenedə isə 200 yük avtomobili növbə gözləyir.
Follow @7timesaz