Dünya

Lavrov Asiya-Sakit Okean regionu ölkələrinə NATO ilə bağlı xəbərdarlıq edib

Lavrov Asiya-Sakit Okean regionu ölkələrinə NATO ilə bağlı xəbərdarlıq edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiya-Sakit Okean regionunun bir çox ölkələri Şimali Atlantika Alyansının regionun təhlükəsizliyini təmin etməsindən çəkinməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli mövzusunda xarici diplomatik missiyaların rəhbərləri ilə görüşündə deyib.

Nazir NATO-nun baş katibi Yens Stoltenberqin Avro-Atlantik və Asiya-Sakit Okean regionunun təhlükəsizliyinin “ayrılmazlığı” ilə bağlı sözlərinə diqqət çəkib.

“Qitəmizin bir çox ölkələri NATO-nun təhlükəsizliyimizi təmin etməyə cəhd edəcəyinə hazırlaşmalıdır”, – deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısı əlavə edib ki, Filippinin ardınca ABŞ Asiya-Sakit Okean regionunun bir sıra digər ölkələrinə öz ərazilərində orta və qısa mənzilli raketlərini yerləşdirmək üçün müraciət edə bilər.