Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda səfərdədir.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Lavrov Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşündə bildirib ki, Rusiya “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün hər cür yardımı göstərməyə” hazırdır.
“Biz təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab etməkdə davam edirik. Moskva eləcə də İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır”, – o deyib.
Lavrov əlavə edib ki, “Qərb rəsmilərinin hədələrinə baxmayaraq, Moskva Paşinyanın Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə şəxsi iştirakını yüksək qiymətləndirir”.
Follow @7timesaz