Dünya

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

7Times.az  xəbər verir ki, bu barədə rusiyalı nazir BMT-də keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyəti arasında 2022-ci ilin aprelində İstanbulda əldə olunan razılaşma imzalansaydı Ukrayna, Krım (Rusiya tərəfindən ilhaq edilib – Qeyd) və o zaman Rusiya qoşunlarının nəzarətində olan ərazilər istisna olmaqla, 1991-ci il sərhədləri daxilində qalacaqdı.

Xatırladaq ki, martın 10-da Antalyada keçirilən diplomatik forum çərçivəsində Ukrayna və Rusiyanın xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında görüş keçirilib və martın 29-da İstanbulda nümayəndə heyəti səviyyəsində danışıqlara start verilib.

Görüş zamanı Ukrayna tərəfi Rusiya nümayəndələrinə saziş layihəsi (“İstanbul kommünikesi”) təhvil verib. Burada, digər məsələlərlə yanaşı, Ukraynanın xüsusi təhlükəsizlik təminatları altında qeyri-nüvə ölkəsi kimi bloklara qoşulmamaq statusuna hazır olduğu və Krım məsələsinin 15 il ərzində diplomatiya yolu ilə həll edilməsi təklif edilib.