Ölkə

Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edildi, biri isə…

Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edildi, biri isə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarət edilməyən çimərlikdə batmaq üzrə olan 3 nəfərdən ikisi xilas edilib, bir nəfərin axtarışları isə davam etdirilir.

“Report”un cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasedicilərinin ərazidə apardıqları axtarış işləri nəticəsində Lerik rayon Ambu kənd sakinləri – 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda üçüncü şəxs – Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin axtarışları davam etdirilir.