İdman

Levandovski “Bavariya”dan ayrılır – Yeni klubu da məlumdur

Levandovski “Bavariya”dan ayrılır – Yeni klubu da məlumdurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” “Bavariya”nın futbolçusu Robert Levandovski ilə anlaşıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb. Bildirilib ki, polşalı hücumçu Kataloniya klubu ilə şəxsi razılıq əldə edib. Lakin oyunçu özü də bu  transfer üçün Münhen rəhbərliyi ilə danışmalıdır. İspaniya nəhəngi bu keçidə görə qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Levandovskinin Bundesliqa təmsilçisi ilə sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, Polşa milisinin üzvü 2014-cü ildən “Bavariya”da çıxış edir.