“Li” qasırğası Kanadanın Yeni Şotlandiya əyalətinə çatıb.
7Times.az xəbər verir ki, Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb
Bundan əvvəl ABŞ-dan olan sinoptiklər Li qasırğasının Atlantik okeanı üzərində hərəkət etdiyini və sentyabrın 16-da ABŞ-ın şimal-şərqində və Kanadanın şərq sahillərində quruya çatacağını bildirmişdilər. Proqnozlara görə, Amerika ştatlarında “Li” post-tropik siklona qədər zəifləsə də, Kanadanın sahilyanı əyalətlərində yenidən qasırğaya çevrilə bilər.
Meteoroloqlar qasırğanın saatda 35 kilometr sürətlə hərəkət etdiyini, küləyin sürətinin saatda 110 kilometrə çatdığını müəyyən ediblər. Onlar həmçinin güclü külək, yağış və sahil daşqınları barədə xəbərdarlıq ediblər.
Follow @7timesaz