Litva İsveçdən 147 milyon avro məbləğində qısamənzilli mobil hava hücumundan müdafiə sistemləri alacaq.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
“RBS70 NG (MSHORAD) sistemi İsveçin “Saab Dynamics” şirkəti tərəfindən hazırlanıb. Müdafiə Resursları Agentliyi 147 milyon avro dəyərində təchizat müqaviləsi imzalayıb”, – məlumatda qeyd olunub.
MSHORAD hava hücumundan müdafiə sistemi vasitəsilə müəyyən obyektləri, əraziləri və kritik infrastrukturu qorumaq mümkündür. Sistemin üstünlüyü kimi onun mobilliyi göstərilir. Sistemə mobil atəş idarəetmə mərkəzi, “Giraffe 1X” radarları və RBS70 NG hava hücumundan müdafiə sistemi daxildir. Bu sistemdə lazerlə idarə edilən “Bolide” raketlərindən istifadə olunur.
Follow @7timesaz