Dünya

Livandan İsrailə PUA-larla hücum olub

Livandan İsrailə PUA-larla hücum olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandan İsrail ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Məlumata görə, texnikalar Eyn Hafaretz bölgəsində zərərsizləşdirilib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.