Dünya

Livanın yarısı aclığa düçar olacaq – BMT

Livanın yarısı aclığa düçar olacaq – BMTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan əhalisinin 50%-dən çoxu Beyrut limanındakı partlayışın nəticələri və ölkədəki digər sosial-iqtisadi problemlər səbəbindən 2020-ci ilin sonuna qədər ərzaq çatışmazlığı ilə üzləşə bilər.

7times.az xəbər verir ki, bu barədə BMT İqtisadi və Sosial Komissiyasının Qərbi Asiya üzrə hesabatında bildirilib.

“Malların ölkəyə girişi üçün əsas logistika mərkəzi olan Beyrut limanının əhəmiyyətli hissəsini məhv edən güclü partlayışdan sonra yoxsulluq və işsizlik kəskin artıb. Ölkə əhalisinin yarıdan çoxu bu ilin sonunadək aclıq riski ilə üzləşə bilər”, – hesabatda bildirilib.

Hesabatda o da qeyd olunub ki, ölkənin milli valyutası olan Livan funtunun 80% dəyərdən düşməsi, həmçinin koronavirus pandemiyasının iqtisadi təsiri bu vəziyyəti daha da qəlizləşdirəcək. axar.az