Livanın baş naziri Mustafa Ədib yeni hökumət formalaşdırmaqdan imtina etdiyini və istefa verdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.
Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda yerləşən dəniz limanında güclü partlayış baş verib. Şəhərdə böyük dağıntıya səbəb olan hadisə nəticədə 220 nəfər ölüb, 7 000-dən çox insan yaralanıb, 60 nəfər itkin düşüb.
Hadisədən 6 gün sonra – avqustun 10-da ölkənin baş naziri Həsən Diabın istefa verib. Bundan sonra parlamentdəki fraksiyalar Mustafa Ədibin baş nazir təyin olunması barədə kompromis əldə ediblər. O, rəsmi olaraq sentyabrın 1-dən baş nazir vəzifəsini icra etməyə başlayıb.
Follow @7timesaz