“Liverpul” rəsmi saytı vasitəsi ilə İspaniyanın “Real Betis” klubu ilə yayda yoldaşlıq görüşü keçirəcəklərini bəyan edib.
7Times.az xəbər verir ki, “qırmızılar” “Betis” ilə yeni mövsümə hazırlıq proqramı çərçivəsində ABŞ-də qarşılaşacaqlar.
Görüş iyulun 26-da, Pittsburqda baş tutacaq.
“Liverpul” Sevilya təmsilçisi ilə son dəfə 2005-ci ildə üz-üzə gəlib. Çempionlar Liqasının qrup mərhələsinə təsadüf edən həmin duel “Enfild”də reallaşıb və qolsuz bərabərliklə yekunlaşıb.
Fanat.Az
Follow @7timesaz