İdman

“Liverpul” Argentinadan futbolçu bəyənib

“Liverpul” Argentinadan futbolçu bəyənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul” heyətinə yeni futbolçu cəlb etmək istəyir. 

Fanat.Az xəbər verir ki, “mersisaydlılar” axtardığı oyunçunu Argentinada tapıb.

“TyC”un yaydığı xəbərə görə, İngiltərə təmsilçisi “Boka Xuniors”da çıxış edən Alan Valeranı bəyənib.

“Liverpul” 21 yaşlı yarımmüdafiəçini bu yay transfer etmək niyyətindədir.

Qeyd edək ki, Alan Valera “Boka Xuniors”un öz yetirməsidir. 2012-2020-ci illərdə klubun gənclərdən ibarət komandalarında çıxış edib. 2021-ci ildən isə əsas komandaya cəlb olunub. O, 72 oyunda meydana çıxıb.