İngiltərə Liqa Kubokunun yarımfinalında “Arsenal”la qarşılaşacaq “Liverpul” ciddi problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın 4 qapıçısından 3-ü koronavirusa yoluxub.
Belə ki, Alisson Beker, Adrian və Kuivin Kellexerin testi pozitiv çıxıb. Hazırda yalnız Loris Karius sağlam vəziyyətdədir və “Arsenal”la matçda çərçivədə onun dayanması gözlənilir. “Mersisaydlılar” matçın təxirə salınmasını tələb etsə də, müsbət cavab almayıb.Qeyd edək ki, “Arsenal” – “Liverpul” oyunu sabah keçiriləcək.
Follow @7timesaz