İdman

“Liverpul”un hücumçusu dünya çempionatını buraxacaq

“Liverpul”un hücumçusu dünya çempionatını buraxacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya millisinin və İngiltərə “Liverpul”unun futbolçusu Dioqu Jota bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

“Report”un məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Almaniyalı mütəxəssis bildirib ki, 26 yaşlı hücumçu zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Portuqaliya yığması Qana, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.