Britaniyanın paytaxtı Londonda koronavirus məhdudiyyətləri və 33 yaşlı Sara Evevrardın qətlinə etiraz olaraq keçirilən aksiyada 33 nəfər saxlanılıb.
7times.az xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi bildirib.
“Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata görə, London mərkəzindəki mitinqdə 33 nəfər saxlanılıb. Onların əksəriyyəti COVID-19 məhdudiyyətləri qaydalarının pozulması ilə əlaqədar saxlanılıb”, – asayiş keşikçiləri qeyd edib.
Aksiya iştirakçıları Hayd-parkda toplaşaraq, şəhərin mərkəzi küçələri üzrə hərəkət ediblər, sonra Uaytholl küçəsinə və Britaniya parlamentinin, hökumət binalarının qarşısına toplaşıblar.
Follow @7timesaz