Dünya

Londonda minlərlə insan etiraza qalxdı

Londonda minlərlə insan etiraza qalxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın paytaxtı Londonda etiraz aksiyaları keçirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə qiymət artımına etiraz edən minlərlə insan küçələrə çıxıb.

Aksiya iştirakçıları qiymət artımına qarşı şüarlar səsləndirərək, hökuməti təcili addımlar atmağa çağırıblar.  Etirazçılar qiymət artımına görə Mühafizəkarlar partiyasını günahlandırıblar.

Qeyd edək ki, Böyük Britaniyada illik inflyasiya mart ayında 6,2 faizə yüksələrək, son 30 ilin rekordunu qırıb. Bundan əlavə, ölkədə yanacağın, su, qaz və elektrik enerjisinin qiymətləri artırılıb.