Dünya

Londonda Rusiya səfirliyinin qarşısına “qanlı qənimət”lər düzüldü – FOTO

Londonda Rusiya səfirliyinin qarşısına “qanlı qənimət”lər düzüldü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Rusiya səfirliyi qarşısında aksiya keçirilib. Londonun müxtəlif yerlərindən yüzlərlə sakin diplomatik nümayəndəliyin qarşısına “qanlı qənimət” gətirib. Onların arasında paltaryuyan maşın, kompüter kimi elektrik avadanlıqları, paltarlar, uşaq oyuncaqları və zinət əşyaları olub. Bununla aksiyaçılar rusiyalı hərbçilərin Ukraynada dinc sakinləri yağmalamalarına diqqət çəkmək istəyiblər.

Bəzi fəallar isə əlləri bağlı halda yerə uzanıblar. Xatırladaq ki, Ukraynanın Buça şəhəri Rusiya ordusunun nəzarətindən çıxandan sonra onlarla mülki şəxs küçələrdə, evlərdə, zirzəmilərdə və quyularda bu vəziyyətdə ölmüş halda tapılıb.