İdman

Luis Enrike PSJ-də nə qədər qazanacaq?

Luis Enrike PSJ-də nə qədər qazanacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın və İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrikenin PSJ rəhbərliyi ilə yeni müqavilənin detallarını razılaşdırdığı və tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı “PSG Community” yayıb.

Mənbə ispan mütəxəssisin 2+1 illik müqaviləyə imza atacağını və hər mövsüm üçün 10 milyon avro əməkhaqqı alacağını diqqətə çatdırıb. Xəbərə görə, o, klub bossları ilə danışıq zamanı bir neçə ulduzun komandadan ayrılmasının əleyhinə olmadığını bildirib və gənc istedadlardan yeni yeni komanda formalaşdırmaq ideyasını dəstəkləyib.

Qeyd edək ki, Paris təmsilçisi ötən mövsüm La Liqanın qalibi olsa da, baş məşqçi Kristof Qaltye istefaya göndərilib.