İdman

Luiş Fiqu: “Ronaldonu ehtiyatda saxlayaraq dünya çempionu ola bilməzsiniz”

Luiş Fiqu: “Ronaldonu ehtiyatda saxlayaraq dünya çempionu ola bilməzsiniz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi futbolçu Luiş Fiqu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun Kriştiano Ronaldonu dünya çempionatının pley-off matçlarında ehtiyat oyunçular skamyasında saxlamaq qərarından danışıb.

“Sən Kristiano Ronaldonu ehtiyat oyunçular skamyasında saxlayıb dünya kubokunu qazana bilməzsən. İsveçrəni məğlub etdin? Əla! Amma bunu hər oyunda edə bilərsən? Xeyr. Kriştianonu ehtiyat oyunçular skamyasında buraxmaq səhv idi, bu məğlubiyyətin məsuliyyəti məşqçinin üzərinə düşür”, – Fiqu bildirib.

Qeyd edək ki, Ronaldo Portuqaliyanın DÇ-də pley-off mərhələsinin hər iki matçında əsas heyətə daxil edilməyib.

Əvvəlcə 1/8 finalda İsveçrəni 6:1 hesabı ilə məğlub edən Fernandu Santuşun komandası 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzaraq turniri tərk edib.//oxu.az