İdman

Luis Suarez: “Bu, mənim günahım deyil”

Luis Suarez: “Bu, mənim günahım deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uruqvay millisinin üzvü Luis Suarez 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının 1/4 finalında Qanaya qarşı oyundan danışıb.

Offsideplus.az xəbər verir ki, dünya çempionatının H qrupunda Qana ilə oyundan öncə mətbuat konfransı baş tutub. Bu zaman qanalı jurnalistlərdən biri həmvətənlərinin çoxunun Surarezdən nifrət etdiyini və onu “şeytan” adlandırdığını açıqlayıb. 35 yaşlı hücumçu 12 il öncə baş tutan həmin oyunda topu əllə qaytardığı üçün peşman olmadığını bildirib:

“Üzr istəməli deyiləm. Futbolçunu zədələsəydim, üzr istəyərdim. Həmin situasiyada topu əllə qaytardım, qırmızı vərəqəmi aldım və Qana futbolçusu penaltini vura bilmədi. Bu, mənim günahım deyil, penaltini mən qaçırmamışam”.

Xatırladaq ki, sözügedən matçın əsas hissəsi 1:1 hesabı ilə yekunlaşmış, Uruqvay penaltilər seriyasında 4:2 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, Qana yığması DÇ-2022-nin III turu çərçivəsində sabah saat 19:00-da Uruqvay millisi ilə qarşılaşacaq.